119.73K baxış
0

salam ev almişıq , aadımiza kecirtmek isteyirik ama evde qeydiyatda olan 1 nefer var onu cixarmaq isteyirik bu proses nece başh verir ? qeydiyatda olan şexs hansıkı ev kimin adınadır hemin sexsin bacısıdır.ama evde yaşamir hansi proseduru izlememiz gerek lutfen bilgi vererdiz . evi adıma kecirmek isteyirem ama hemin şexs elaqe yoxdu yeni arada problemler var

0

Salam, İlkin bəy.

Öncə, üzr istəyirəm ki, AzerFreedom TV-də işlərimin yoğunluğu üzündən vaxtında sizə cavab verə bilməmişəm.

1.Evin alqı-satqısı zamanı siz əgər həmin evdən kiminsə istifadə hüququ olduğunu bilmisizsə, yəni bunu bilə-bilə evi almısızsa,  yalnız həmin şəxsə kompensasiya ödəməklə çıxara bilərsiniz.

2. Yox əgər satıcı sizi aldadıb, bu faktı, yəni kiminsə o evdə qeydiyyatda olduğunu-istifadə hüququ olduğunu gizlədibsə, siz bu faktı bildiyiniz vaxtdan 1 il müddətində  satıcıya qarşı “alqı-satqının etibarsız hesab edilməsinə dair” məhkəmədə iddia qaldıra bilərsiz.

Yaxşı olar ki, etibar etdiyiniz bir vəkilin hüquqi xidmətlərindən istifadə edəsiniz.

Hörmətlə, Qurban Məmmədli