106.06K baxış
0

Salam. Mən kontakt home mağazasından kreditle telefon almışam. Indiyənə qədər də 1000 AZN-dən çox kreditini ödəmişəm. Lakin karantin dövründə telefonu imkansızlıqdan satmışam. Indi isə krediti ödəməkdə çətinlik çəkirəm işsiz olduğum üçün. Müharibə iştirakçısıyam. Aylıq kredit ödənişi 550 manat tələb edirlər və buna gücüm çatmır. Kreditdə olan məhsulu satdığım üçün mənə cinayət məsuliyyətinə cəlb oluna bileremmi?

0

Salam, Nəriman bəy.

Suala və saytımızın qonağı olduğunuza görə, TƏŞƏKKÜRLƏR !

Ümid edirəm ki, saytımız barədə dost və qohumlarınıza da artıq  məlumat vermisiniz.

Xalqımızın hüquqi maariflənməsinə böyük ehtiyac var.

Öncə, üzr istəyirəm, cavabı gecikdirdiyimə görə. Bildiyiniz kimi, son vaxtlar Youtube üzərindən yayılan AzerFreedom TV-nin işlərinə daha çox vaxt ayırmağa məcbur olduğuma görə, sualınızı vaxtında cavablandıra bilməmişəm.

1. Başa düşmədim, bu nə telefondur ki, 1000 manat ödəmisiz, hələ ayda 550 manat da ödəməlisiz.

2. Narahat olmayın, buna görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb.

3. Çalışın, borcunuzu ödəyin ki, sonradan məhkəmə qətnaməsini icra etmədiyinizə görə, cinayət məsuliyyətinə cəlb edilməyəsiniz.  

4. Qardaş kimi məsləhətim: çalışın həmişə imkanlarınızdan 50 faiz aşağı səviyyədə yaşamağa vərdiş edin. Uşaqlarınızı da buna öyrədin. Onda problemlər yaşamazsız. 

Bir çətinliyiniz olsa, yenə də müraciət edə bilərsiz.

Sizə uğurlar arzulayıram.

Hörmətlə.

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.