78.32K baxış
0

1 nə 3 min manat borc vermişəm ənədsiz. 7 ildi hər dəfə yalvarıb vaxtı uzadıb ki qaytaracam, indi deyir vermirəm. Səs yazısı və şahidlərim var amma. Necə iddia qaldıra bilərəm, udmaq şansım varmı?

0

Salam, Əsra xanım.

1.

Mülki Məcəllənin  740-cı maddəsinə (borc müqaviləsinin forması) əsasən,  

740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

2.

Sizdə məbləğ 3 manat olduğu üçün şifahi müqavilə bağladığınızı sübut etməniz yetərlidir. Siz hətta onun sizə yazdığı “vermirəm” mesajını və şahidlərinizi məhkəməyə təqdim etsəz, işi udmaq probleminiz olmaz.

Təşəkkürlər və uğurlar.

P.S. Ümid edirəm ki, Youtube üzərindən yayınlanan AzerFreedom TV-ni izləyir və paylaşırsınız.

 

 

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.