Salam.Mənim 3 övladım var.
Yoldaşımla Boşanmışıq.
Yoldaşımın babasının 84 yaşı var, yetərincə təqaüd alır.
Mən elə edə bilərəmmi ki, o dünyasını dəyişənnən sonra həmin təqaüdü nəticəsi yəni mənim övladım alsın?
Salam, Bəhlul bəy.
Çox sadə. Siz qardaşınızın və notariusun olduğu rayonun məhkəməsinə müraciət edib qardaşınızın və ananızın adına verilmiş vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia qaldırın. Digər vərəsələri və sizin adınıza olan vəsiyyətnaməni gizlətdiklərinə görə, onlara verilən vərəsəlik şəhadətnamələri ləğv ediləcək. Hətta siz həmin qardaşınızı “ləyaqətsiz vərəsə” elan etmək üçün məhkəmədə iddia da qaldıra bilərsiniz.
Bununçün Siz həmin notariusa müraciət edib vərəsəlik işinin materiallarının surətlərini alın. Notarius onları sizə verməyə borcludur. çünki siz də vərəsəsiz.
Yaxşı olar ki, inanıb, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edəsiniz.
Hörmətlə.
