125.75K baxış
0

Mən Hüseynov Firfovsi Saday oğlu 1976 cı ildə Bərdə r-n Şatırlı kəndidə Anadan olmuşam, 1994 cü ildə hərbi xidmətə cagrılmışam 1995 ci il martın 17 si   yaralanmışam 2021 ci ildə əlilliyim dayandrılıb, 1995 ci il Atəşkəs dövtü oldigu ücün qazi kimi qeydiyata almırlar, mən hansı qruma müraciyyət etməliyəm? Təşəkür edirəm.

0

Salam. Sizdən çox-çox üzr istəyirəm ki, cavabı belə gecikdirdim. Yəqin bilirsiniz, vaxtımın çoxu Youtube üzərindən yayılan AzerFreedom TV-nin verilişlərinə gedir. Ümid edirəm ki, kanalımız aartıq abunə olmusuz.

Sualınıza gəldikdə isə aşağıdakıları nəzərinizə çatdırıram.

1. “Əlilliyim dayandırılıb”- dedikdə, nəyi nəzərdə tutursunuz: sağalmısız, yoxsa qanunsuz olaraq sizə əlillik dərəcəsi verilmir?

2. Azərvaycan qanunvericiliyində “Qazi” statusu rəsmi olaraq təsbit edilməyib.

3. “Qazi vəsiqəsi” paylayan dələduzlara aldanmayın, o vəsiqələrin heç bir hüquqi qüvvəsi yoxdur.

4.1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.

2022-ci ilin yanvarın 1-dən etibarən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi şamil edilir.

Şəxsin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.

Hörmətlə.

Siz 1 cavabdan 1-nə baxırsınız, bütün cavablara baxmaq üçün buraya sıxın.