80.59K baxışHərbi xidmət
0

Salam. Müraciətim hərbi xidmətlə bağlıdır. Hər bir vətəndaş kimi mən də bu şərəfli borcumu yerinə yetirmək, istərdim. Lakin anam xəstədir və məndən başqa da heç kimi yoxdur, bu səbəbdən hərbi xidmətə getsəm anama baxacaq heç kəs yoxdur. Atamla isə heç əlaqəmiz yoxdur. Anam 2ci qrup əlilliyi də vardı, amma onun da pensiyasını kəsiblər. Anam böyrək, astma xəstəsidir, eyni zamanda da yeriyə bilmir. Xahiş edirəm bununla bağlı nə lazımdırsa köməklik edəsiniz. Yoxlanış, nə lazımdırsa elətdirməyə hazırıq.

admin Vəziyyət dərc etmək üçün dəyişdirildi 27 May 2025
0

Salam, Vahid bəy.

 

Ailə Məcəlləsinin 12.0.1-ci-ci maddəsinə  (nikahın bağlanmasına mane olan hallar) əsasən,  yaxın qohumlar dedikdə:  valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar başa düşülür.

Lakin sizi istinad etdiyiniz Sazişdə isə bacı-qardaşlar yaxın qohum hesab edilmirlər.

Hörmətlə.

 

 

admin Ən faydalı cavab olmasından imtina etdiyi vaxt 23 May 2025
0

Salam, Sənan bəy.

Əvvəla, cavabı gecikdirdiyim üçün üzr istəyirəm. Son vaxtlar AzerFreedom TV-yə daha çox vaxt ayırmalı olduğuma görə və rejimin yaratdığı problemlərdən dolayı buradakı suallara kifayət qədər vaxt ayıra bilmirəm. Məni anlayışla qəbul edəcəyinizə ümid edirəm.

Sualınızla bağlı:

1.Aşağıdakı normaları diqqətlə oxuyun, öyrənin və sizə aid olan normalara istinad edərək, ailəniz üçün məqbul olan variantı dəyərləndirin.

2.Həmin normalara zidd qərarlar qəbul edilərsə, həmin orqanların qanunsuz qərar və hərəkətləri sizə məlum olan gündən 30 günmüddətində İnzibati Məhkəməyə müraciət edə bilərsiz.

“Hərbi vəzifə və hərbi xidmət haqqında”  Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli, 274-IVQ saylı  Qanunun 5-ci fəsli. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azadetmə

Maddə 18. Çağırışa möhlət verilməsi

18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:

18.1.1. ailə vəziyyətinə görə;

18.1.2. sağlamlıq vəziyyətinə görə;

18.1.3. təhsili davam etdirmək üçün;

18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);

18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar.

18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.

Maddə 19. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi

19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

19.1.1. başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;

19.1.2. 3 və daha çox uşaq;

19.1.3. I qrup əlil arvad;

19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);

19.1.5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunur və ehtiyata keçirilirlər.

Qeyd: Bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş «saxlamaq imkanına malik başqa ailə üzvləri» dedikdə, çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.

Maddə 20. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi

20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.

20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

20.3. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi

21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

21.1.2. ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

21.1.4. ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara — təhsilini bitirənədək;

21.1.5. xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

21.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

21.3. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Qeyd: Bu Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.

Maddə 22. Müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar

22.1. Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar:

22.1.1. ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar (bu Qanunun 22.2-ci maddəsində göstərilən vətəndaşlar istisna olmaqla);

22.1.2. əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;

22.1.3. barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar.

22.2. Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.

Maddə 23. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə

23.0. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:

23.0.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

23.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar;

23.0.3. 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

23.0.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

23.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

P.S. Hörmətli Sənan bəy. Aydın olmayan, baş adüşmədiyiniz nəsə olsa, yenə yazın, mən cavablandırmağa çalışacağam. Çətinliyiniz olsa, inandığınız bir vəkilin köməyindən istifadəniz yaxşı olardı.

Ümid edirəm ki, Youtube üzərindən yayılan AzerFreedom TV adlı kanalımızı da izləməklə öz hüquqi bilgilərinizi artıracaqsız.

Sizə uğurlar arzulayıram.

Hörmətlə Qurban Məmmədli.