“Çalxan” Hüquq Firması tərəfindən göstərilən hüquqi xidmətlər
“Çalxan” MMC – hüquqi və fiziki şəxslərə, həm yerli, həm də xarici tərəfdaşlara, insan hüquqlarının bütün sahələrini əhatə edən peşəkar və keyfiyyətli hüquqi xidmətlər təqdim edir. Hüquq firmamız aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
🔹 Hüquqi Məsləhət Xidmətləri
-
Mülki, cinayət, inzibati, iqtisadi və digər sahələr üzrə hüquqi məsləhətlərin verilməsi
-
Sorğuların hazırlanması və aidiyyəti orqanlardan məlumatların əldə olunması
🔹 Sənədlərin Hazırlanması
-
İddia ərizələrinin tərtibi
-
Ərizə, şikayət və müraciətlərin yazılması
-
Müqavilə layihələrinin hazırlanması və hüquqi təhlili
-
Vərəsəliklə bağlı sənədləşmə və hüquqi prosedurlar
-
Hüquqi şəxslərin qeydiyyatı və sənədlərinin hazırlanması
🔹 Nümayəndəlik və Müdafiə
-
Mülki, iqtisadi, inzibati və cinayət işləri üzrə məhkəmələrdə nümayəndəlik
-
Dövlət və bələdiyyə orqanlarında müştərinin hüquqlarının qorunması
-
Ailə hüququ üzrə uzunmüddətli nümayəndəlik (ailə vəkili xidməti)
-
Xarici ölkələrdə hüquqi təmsilçilik
🔹 Digər Hüquqi Xidmətlər
-
Vasitəçilik və barışıq prosedurlarının təşkili
-
Miqrasiya və vətəndaşlıq məsələlərinin hüquqi həlli
-
Daşınmaz əmlakın qeydiyyatı və hüquqi dəstəyi
Peşəkarlığa və Etibara əsaslanan fəaliyyət
“Çalxan” Hüquq Firması yüksək ixtisaslı və təcrübəli hüquqşünas komandası ilə hər zaman sizin xidmətinizdədir. Məqsədimiz müştərilərimizi uzun və yorucu dövlət prosedurlarından qorumaq, əsəblərinizi və vaxtınızı itirmədən hüquqi problemlərinizi dərhal və effektiv şəkildə həll etməkdir.
👨⚖️ Direktor haqqında:
Qurban Cəlal oğlu Məmmədov — 1987-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 1995–1998-ci illərdə Kollegiyanın Rəyasət Heyətinin üzvü olmuşdur.
Ailəlidir, 5 övladı var.