T Ə K L İ F – “AGBank” ASC-nın idarə heyətinin sədrinə – “08 iyul 2015-ci il tarixli, 120.LN.2102.080715.00001 saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə”
“AGBank” ASC-nın idarə heyətinin sədrinə
08 iyul 2015-ci il tarixli, 120.LN.2102.080715.00001 saylı “Krediti Müqaviləsi” üzrə
Borclu: Ağəliyev İlham Əliağa oğlu tərəfindən,
Ünvanı: Bakı şəh.,Səbail ray., E.Əzizov küç.,65, ev Ö/T 129
Əlaqə tel.: (070) 377-77-70
“08 iyul 2015-ci il tarixli, 120.LN.2102.080715.00001 saylı müqavilənin şərtlərinin dəyişdirilməsi barədə”
T Ə K L İ F
Hörmətli sədr!
Həmin müqavilə ilə mən “AGBank” ASC-nin Nərimanov filialından, “təmir-tikinti işləri” məqsədilə, illik 20 (iyirmi) faiz ödəmə şərti ilə 45 000 (qırx beş min dollar) ABŞ dolları məbləğində kredit götürmüşəm.
Bildirirəm ki, mən, bankınızın Nərimanov filialından 08 iyul 2015-ci ildə
götürmüş olduğum kreditin ABŞ dolları ilə rəsmiləşməsinə razı olmağım, bankınız tərəfdən başqa seçimimin olmaması ilə bağlı olmuşdur. Sonralar isə dəfələrlə, yazılı və şifahi formada müraciət edərək, mənim bankınıza ABŞ dolları ilə olan borcumu, son məzənnəyə uyğun olaraq, Azərbaycan manatına çevirməyə yardım etmənizi sizdən xahiş etmişəm.
Lakin çox təssüf olsun ki, bütün müraciətlərim nəticəsiz qalıb və bu günə qədər heç bir tədbir ğörülməyib.
Halbuki, mövcud qanunvericilik Azərbaycan vətəndaşlarına dollarla kredit verilməsini qadağan edir və bu qadağa imperativ (məcbur edici) normalarla nəzərdə tutulub.
Azərbaycan Respublikası Mülki Məcəllənin 439.1-ci yarımmaddəsinə əsasən, “pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.”
Bu maddənin məzmunundan da göründüyü kimi yerli bankların, yerli vətəndaşlara verdiyi kreditlər yalnız manatla ifadə olunmalıdir. Qanunu bu tələbinə əməl edillməməsi, müqavilənin AR MM-nin 337-ci maddəsinə uyğun olaraq, “etibarsız əqd” kimi mübahisələndirilməsinə əsasdır.
Hörmətli sədr!
Məhs sizin bankın qanunsuz hərəkətləri və lənğliyi nəticəsində, müqavilə vaxtında milli qanunvericiliyə uyğunlaşdırilmadığına görə mən, 22 dekabr 2015-ci ildəki devalvaisyadan sonrakı borcumu 1,05 məzənnəsi ilə yox, hazırkı daha yüksək, məzənnə ilə ödəməliyəm. Beləliklə, nəticə etibarı ilə, nəinki müqavilə imzalanarkən ehtimal edilən gəlir əldə etdim, əksinə, çox böyük ziyana düşdüm.
Hal-hazlrda mən, ölkədə mövcud olan qanunvericiliyin və mənim iradəmin zddinə olaraq sizin bankın əməkdaşları tərəfindən tərtib olunmuş həmin müqavilə üzrə, illik 20 (iyirmi) faiz ödəmə şərti ilə 45 000 (qırx beş min dollar) ABŞ dolları məbləğində kreditin ödənişlərini, müqavilədə göstərilən qaydada ödəməyə məcbur edilsəm də, hazırkı mövcud durum, mənim öz öhdəliklərimi yerinə yetirməyimi qeyri-mümkün edir.
Hörmətli sədr!
AR Mülki Məcəllənin 556-cı maddəsinin tələblərinə görə,
556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.
556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.
Həmin məcəllənin 557-ci maddəsinə görə,
557.1. Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.
557.2. Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş qaydada etibarsız sayıldıqda, əgər tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və öhdəliyin icrasına kreditorun marağı itməyibsə, öhdəlik bərpa edilir.
Hörmətli sədr!
Mən qanunun mənə verdiyi bu imkanlardan istifadə edərək həmin kredit müqaviləsi üzrə öhdəliklərimi icra etməkdən imtina da edə bilərəm. Çünki, MM-nin 557-ci maddəsinə uyğun olaraq, əslində, Mərkəzi Bank tərəfindən manatın 9 ay ərzində 100 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı, həmin müqavilə üzrə öhdəliklərimin icrasını qeyri-mümkün etmişdir.
Bu isə hüquqi dildə desək, “ Fors-major” halıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinin tələblərinə görə, “əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə,
faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir”.
Qanunun bu tələbi də bank tərəfindən pozulmuş müqavilədə faizlərin bir ilin başında yox, aylar üzrə ödənilməsi nəzərdə tutulmuşdur ki, bu hal da müqavilənin AR MM-nin 337-ci maddəsinə uygun olaraq etibarsız əqd kimi mübahisələndirilməsinə əsasdır.
Həmin məcəllənin 422.1-ci yarımmaddəsinə əsasən, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.”
Hörmətli sədr! Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 9 ay ərsində 100 faizdən çox qiymətdən düşməsini, həmin müqaviləni bağlayarkən əsas götürdüyümüz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini, müqavilə şərtlərinin bəzilərinin mövcud qanunvericiliyə zidd olmasını və müqavilənin vaxtında, məhz sizin təqsiriniz ucbatından milli qanunvericiliyimizə uyğunllaşdırılmamasını nəzərə alaraq,
TƏKLİ F EDİRƏM :
- Müqavilənin 1.3-cü bəndi aşağıdakı redaksiyada dəyişdirilsin:
“Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir ”.
2.Müqavilənin 5.1-ci yarımbəndinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Bu müqavilə üzrə əsas borc, müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə (Əlavə №1) uyğun olaraq aybaay, illik borc faizləri isə hər bir ilin sonunda ödənilməlidir”.
3.Müqaviləyə aşağıdakı məzmunda yeni bənd əlavə edilsin:
“Tərəflər razılığa gəlirlər ki, Azərbaycan manatının dəyərinin ABŞ dolları qarşısında birdən-birə, 10 faizdən artıq ucuzlaşması “fors-major” halı kimi qiymətləndirilir və bu, borclunu öz öhdəliklərini Mülki Məcəllənin 439.7-ci yarımmaddəsində göstərildiyi qaydada (Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir) yerinə yetirməkdən azad edir. Bu halda tərəflər arasında ödəmə şərtləri ilə bağlı yeni müqavilə bağlanmalıdır.
Hörmətli sədr!
Bu təklifimə 10 gün müddətində münasibət bildirməyinizi xahiş edirəm.
Cavab verməyəcəyiniz və ya mənim təkliflərimi qəbul etməyəcəyiniz halda, AR Mülki Məcəlləsinin 423.2-ci maddəsinə uyğun olaraq, məhkəməyə müraciət edəcəyəm.
Hörmətlə, borclu – Ağəliyev İlham Əliağa oğlu
Qeyd: Başqa şərtlər də təklif edilə bilər.
12 yanvar 2016-cı il
Imza: /İ. Ə.Ağəliyev/